Azərbaycanlı biznesmen Kremlin yanında otel tikdirir

Day.Az представляет новость на азербайджанском языке

Moskvada, Kremlin yanında yerləşən keçmiş "Rossiya" otelinin yerində yeni 5 ulduzlu otel tikilir.

Day.Az lent az-a istinadən bildirir ki, otelin tikintisi barədə rəsmi razılıq artıq Moskva meriyası tərəfindən verilib. Bir vaxtlar Avropanın ən böyük oteli sayılan "Rossiya"nın yeri Azərbaycandan olan iş adamları Zarah İliyev və Qod Nisanov, habelə onların şəriki İlham Rəhimov tərəfindən alınıb. Artıq otelin tikintisinə başlanılıb.

Yeri gəlmişkən, İlham Rəhimovun köməkçisi də məlumatı  bu gün "Yeni Müsavat"a verdiyi açıqlamasında təsdiqləyib. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.