Bakıda işdə necə uğur qazanmaq olar?

Day.Az представляет новость на азербайджанском языке

Hər bir şəxs işlədiyi müəssisədə vəzifəsinin yüksəldilməsini, maaşının artırılmasını istəyir. Buna nail olmaq üçün bir sıra yollar var. Növbəti süjetimiz bu barədədir.

Day.Az xezerxeber.com-a istinadən bildirir ki, işə tez getmək, kollektivin hər bir üzvü ilə yaxşı münasibət qurmaq, səliqəli geyinmək... Bir çoxları üçün əhəmiyyətsiz görünsə də, işdə rəhbərlik bu və digər məqamlara xüsusi diqqət yetirir. İnsan resursları üzrə mütəxəssis Xanımana Həmzəyeva bildirir ki, vəzifənin və əməkhaqqının artırılması hər bir işçinin öz əlindədir. Bunun üçün ilk növbədə fərdi inkişafa əhəmiyyət verilməlidir. İşçi nə qədər peşəkar olsa da, biliklərini artırmırsa, hər ötən gün rəqiblərindən geri qalır.

Digər diqqət yetirilən xüsusiyyət çətin vəziyyətdə davranışdır. İstənilən halda özünü itirməyən və soyuqqanlı olan işçilər qiymətləndirilir. Pozitivlik də işçini fərqləndirən cəhətdir. Problemlərini biruzə verən, şikayətlənən, gün ərzində dilxor və əsəbi olan işçilər sevilmir. İş yoldaşları ilə münasibətlər də əsas diqqət yetirilən məqamlardandır.

Uğura aparan əsas yol isə yeniliklərə can atmaq, çətin və məsuliyyətli işləri görməkdən qorxmamaqdır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.