Millimiz Çexiyaya 5 qol vurdu

Day.Az представляет новость на азербайджанском языке

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası İtaliyanın Katanya şəhərində təşkil olunan Avropa Liqasının super final mərhələsində növbəti qələbəsini qazanıb.

Fanat.az bildirir ki, millimiz son oyunda Çexiya yığmasını 5:1 hesabı ilə məğlub edib. Orxan Məmmədov, Asif Zeynalov və Elvin Quliyevin hərəyə bir dəfə, Ramil Əliyev isə iki dəfə fərqlənib.

Yığmamız avqustun 28-də Macarıstan komandası ilə qarşılaşacaq.

Qeyd edək ki, millimiz bundan əvvəl Türkiyəni 5:3, İngiltərəni 2:0 hesabı ilə yenmişdi.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.