Gəncədə "Qazel" betona çırpıldı: 1 yaralı

Day.Az представляет новость на азербайджанском языке

Gəncə şəhərində 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Day.Az "Report"a istinadən bildirir ki, Gəncə şəhər Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, 1992-ci il təvəllüdlü şəhər sakini Səbuhi Nağıyev idarə etdiyi "Qazel" markalı avtomobil ilə Zülfü Hacıyev küçəsində yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib və yol kənarındakı beton maneəyə çırpılıb.
Nəticədə sürücü müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti orta-ağırdır.
Baş vermiş avtoqəzanın dəqiq səbəbləri araşdırılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.