Ermənilərdən etiraf: "150 əsgər həlak oldu, 200 əsgər şikəst qaldı"

Day.Az представляет новость на азербайджанском языке

"Aprel ayında Dağlıq Qarabağda yaşanmış "dördgünlük müharibə"nin nəticəsində Ermənistan 150-dən artıq əsgərini itirdi. 200 əsgərimiz isə yaralanıblar və onların böyük qismi ömürlük şikəst qalacaqlar. Sonradan məlum olub ki, həlak olan və yaralanan erməni əsgərlərinin 90 faizi yoxsul ailələrin övladlarıdır. Budur, indi əlimizə Dağlıq Qarabağda bütün ermənilər üçün faciəli olmuş o hadisələrdən dərhal sonra çəkilmiş video keçib".

Milli.Az bildirir ki, Ermənistandakı "Sasna tsrer" ("Sasun çılğınları") hərəkatının yaydığı bəyanatda belə deyilir.

Videoda görüünür ki, Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyan, Ermənistan parlamentinin vitse-spikeri Ermine Nağdalyan, erməni terrorizminin ideoloqlarından biri Zori Balayan, habelə generallar və məmurlar rəqs edirlər.
"Onlar yüzlərlə erməni əsgərinin Sarkisyan rejiminə qurban verildii yerin yanında rəqs edirlər", - "Sasna Srer"in açıqlamasında deyilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.