Azərbaycanda iki gündə 10 min sürücü radara düşdü

Day.Az представляет новость на азербайджанском языке

Yol polisi şənbə-bazar günü 22 mindən artıq yol hərəkəti qayda pozuntusu faktını aşkar edib

DİN Baş Dövlət Yol Polisi İdarəsi avqustuın 27-28 tarixlərində ölkə üzrə keçirilən reydlərin nəticələrinə dair məlumat yayıb. İdarədən Day.Az-a verilən məlumata görə,  yol hərəkəti qaydalarının pozulması, nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə edilməsi hallarının qarşısının alınması istiqamətində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən reydlər ötən həfətə də davam etmişdir. Respublika ərazisində təkcə şənbə və bazar günlərində bütövlükdə 22 mindən artıq yol hərəkəti qayda pozuntusu aşkar edilib ki, onlardan da 10 mindən çoxu foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkarlanıb. Qalan 12 mindən çox qayda pozuntusu, yol hərəkətinə nəzarəti həyata keçirən dövlət yol polisi qurumlarının əməkdaşları tərəfindən aşkarlanıb ki, onlardan da 163-ü nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə idarə edilməsi faktlarıdır. Baş Dövlət Yol Polisi İdarəsi bir daha nəqliyyat vasitələrinin sürücülərindən yol hərəkəti qaydalarına ciddi əməl etmələrini tələb edir.

Xəyal Abdullayev

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.