4000 manatlıq oğurluq edən qadın: "Tamah güc gəlib"

Day.Az представляет новость на азербайджанском языке

Yevlax rayon sakini Mingəçevirdə oğurluq etdiyinə görə polis tərəfindən saxlanılıb. Həmin şəxs evlərdən birindən 4000 manat dəyərində qızıl-zinyət əşyaları oğurlayıb.

Hadisə Mingəçevir şəhəri Energetiklər qəsəbəsindəki həyət evində baş verib.

Yevlax şəhər sakini 1983-cü il təvəllüdlü Zarina Ramiz qızı Kərimova evin qapısının açarını ev sahibinin ayaqqabısının içərisində olduğunu təxmin edib.

Açarı ayaqqabının içərisindən götürən Zarina Kərimova mənzilə daxil olaraq oradan bir cüt qızıl sırğa, bir ədəd boyunbağı, bir ədəd qızıl kulon olmaqla, ümumilikdə 4000 manat dəyərində zinyət əşyalarını oğurlayıb.

Saxlanın Zarina Kərimova etdiyi əməldən peşman olduğunu bildirib: "Çox peşmanlıq çəkirəm. Özüm götürmüşəm. Təsadüfən görmüşəm. Tamah güc gəlib".

Ev sahibi Xaləddin Çingiz oğlu Həsənov faktla bağlı polis şöbəsinə müraciət edib.

Əməliyyat axtarış tədbirləri zamanı oğurluq edən şəxs saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Нажмите на видео для просмотра: