Azərbaycanda toy faciəsi: 1 ölü, 5 yaralı

Day.Az представляет новость на азербайджанском языке

Ələt-Astara yolunun 202-ci km-də, Lənkəranın Şiləvar kəndi ərazisində ağır yol qəzası baş verib.

Day.Az "Report"a istinadən bildirir ki, qəza "42-BJ-253" dövlət qeydiyyat nişanlı "VAZ-2107" və "90-BE-061" dövlət qeydiyyat nişanlı "KamAZ" markalı bitium daşıyan avtosisternin toqquşması nəticəsində qeydə alınıb.
Qəza nəticəsində 5 nəfər Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralılardan ikisinin vəziyyəti daha ağırdır.
Məlumata görə, yük maşınını Bakının Qaradağ rayon sakini, 1984-cü il təvəllüdlü Dəmirov İlham Rəşad oğlu idarə edib. Digər sürücünün adı hələ ki, məlum deyil.
Şahidlərin sözlərinə görə, qəza "Jiquli"nin qarşı hərəkət yolağına çıxması nəticəsində baş verib.

XXX

Avqustun 29-da Lənkəran rayonunda baş verən ağır yol qəzasının təfərrüatları məlum olub.
Day.Az "Report"a istinadən bildirir ki, qəza "VAZ 2107" markalı minik avtomobilinin ikinci dərəcəli yoldan "Kamaz"ın sürətlə hərəkətdə olduğu əsas yola çıxması nəticəsində baş verib.
Qəza nəticəsində xəsarət alanların şəxsiyyəti də məlum olub:
Sürücülər:
- Bakının Qaradağ rayon sakini, 1984-cü il təvəllüdlü Dəmirov İlham Rəşad oğlu ("Kamaz"ın sürücüsü)
- Lerikin Piran kənd sakini, 1965-cü il təvəllüdlü Məmmədov Əlimərdan Ayaz oğlu ("VAZ 2107"nin sürücüsü). Hazırda əməliyyata alınıb.
Sərnişinlər:
- Lerik rayonu Bobla kənd sakini, 1966-cı il təvəllüdlü Quliyeva Həqiqət Allahverdi qızı, vəziyyəti orta ağırdır.
Ambulator yardım göstərilib:
Hüseynov Vilayət Tahir oğlu,
Hüseynova Günəş Tahir qızı,
Kazımov Qismət Zeynal oğlu.
Onların hər üçü Lerik rayonu Bobla kənd sakinidir.

XXX

Avqustun 29-da Lənkəran rayonunda baş verən ağır yol qəzasında yaralanan 5 nəfərdən biri dünyasını dəyişib.

Day.Az "Report"a istinadən bildirir ki, Lənkəran Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, bu, qəzaya səbəb olan "VAZ 2107"nin sürücüsü, Lerik rayonunun Piran kənd sakini, 1965-cü il təvəllüdlü Məmmədov Əlimərdan Ayaz oğludur.
Həkimlər yaralını əməliyyat etsələr də, həyatını xilas edə bilməyiblər.

XXX

Həkimlər yaralını əməliyyat etsələr də, həyatını xilas edə bilməyiblər

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.