Novxanı yolunda DƏHŞƏTLİ QƏZA

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycanda dəhşətli yol qəzası baş verib. 

Day.Az baku.ws-ə istinadən bildirir ki, hadisə Novxanı yolunda qeydə alınıb. 
 
Qəzaya səbəb "Kia Optima" markalı avtomobilin sürücüsünün idarəetməni itirməsi səbəb olub. Qadın sürücünün idarə etdiyi "Kia" qarşı yoldan gələn "Toyota Camry" ilə toqquşub. Qəza zamanı "Kia"da olan iki qadın və "Toyota Camry"dəki sürücü yaralanıb. 
 
Hadisə şahidlərinin verdiyi məlumata görə, qadınlardan biri qəzadan sonra dünyasını dəyişib, digər xanım sərinişinin isə ayağı dizdən sınıb. "Toyota Camry"nin sürücüsü isə yüngül bədən xəsarətləri alıb. 

Videonu izləmək üçün şəklə klikləyin:

Novxanı yolunda FACİƏVİ QƏZA - Biri öldü, digərinin ayağı sındı

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.