Avtomobil traktorla toqquşdu:

Day.Az представляет новость на азербайджанском языке

Yevlax və Goranboyda ölümlə nəticələnən yol-nəqliyyat hadisələri qeydə alınıb.

Day.Az DİN-ə istinadən bildirir ki, avqustun 29-da saat 23 radələrində Yevlax rayonunun Qaraməmmədli kəndində kənd sakinləri Əli Heydərovun idarə etdiyi "MTZ-80" markalı traktorla Qəhrəman Allahverdiyevin idarə etdiyi "VAZ-2106" markalı avtomobil toqquşub. Nəticədə Q.Allahverdiyev və sərnişini - anası Raya hadisə yerində ölüblər.
 
Avqustun 28-də isə Goranboy rayonunun Dəliməmmədli şəhərində rayon sakini Pünhan Məsiyev idarə etdiyi "VAZ-2106" markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə P.Məsiyevin sərnişini Süleyman Əliyev hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.
 
Hər bir faktla bağlı araşdırma aparılır. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.