"Şəbəkə" verilişinin aparıcısı bu kanala keçdi

Day.Az представляет новость на азербайджанском языке

"Şəbəkə" verilişinin aparıcısı Rahil Sayadoğlu Region TV-də işə başladı. Aparıcı sentyabr ayından etibarən yeni layihə ilə Region TV-də tamaşaçıların qarşısına çıxacaq. 

Bu barədə Region TV-nin sözçüsü İsmayıl Həsənov məlumat verib: "Bir müddətdir ki, sözügedən aparıcı ilə danışıqlar aparırdıq, artıq razılaşma əldə olunub. Aparıcı yeni mövsümdən etibarən maraqlı bir layihə ilə ekranda olacaq".

Telekanal rəsmisi tanınmış aparıcının yeni layihəsi haqda isə ətraflı məlumat vermək istəmədi: "Layihənin detalları haqda geniş məlumat vermək istəmirəm, verilişin uğur qazanacağına inanırıq".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.