Qətlə yetirilən şəxsin anası: “Aygün dedi ki, qardaşımı öz əllərimlə...”

Day.Az представляет новость на азербайджанском языке

Tanınmış prodüser Sultan əməkdar artist Aygün Bəylərin ölkədən getdiyini bildirib.

Day.Az bildirir ki, lakin publika.az-a açıqlama verən mərhum Elnur Hümbətovun anası Səadət Hümbətova xəbəri təkzib edib: "Aygün Bəylər ölkədən getməyib, Bakıdadır. Dünən evimə - yasa gəlmişdi, qapıdan qaytardıq. Mən onlarla ömürlük düşmənəm. Aygün sonradan mənə zəng elədi, and-aman etdi ki, qardaşımın Elnuru öldürməsindən xəbərsizəm. Əgər Elnuru qardaşım öldürübsə, onu əllərimlə həbsə saldıraram, heç vaxt bağışlamaram. Aygün bacılarına baxanda nisbətən düzgün qızdır, bacıları ilə də məsafə saxlayır. Onların ailəsində əsas sözü bacısı Aynurə deyir".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.