Ermənilər daha bir musiqimizi oğurladılar

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycanın daha bir bəstəkar mahnısı ermənilər tərəfindən oğurlanıb.

Day.Az azvision.az-a istinadən bildirir ki, bu barədə aktyor Ruslan Sabirli "Facebook" profilində məlumat yayıb. 

O, bildirib ki, 1979-cu ildə rejissor Hüseyn Seyidzadənin ekranlaşdırdığı "Qaynana" filminin saundtreki erməni müğənni tərəfindən oğurlanaraq, rus dilində "Za kayfovıx armyan" adı ilə oxunub. R.Sabirli qeyd edib ki, mahnı hazırda Gürcüstan radiolarında səsləndirilir. 

Qeyd edək ki, "Qaynana" filminin saundtrekinin sözləri Fikrət Qocaya, musiqisi Tofiq Quliyevə aiddir. "Mehriban ailəyik" adlı mahnını xalq artistləri Flora Kərimova, Akif İslamzadə və Yalçın Rzazadə ifa ediblər.

Videonu izləmək üçün şəklə klikləyin:

Akif Islamzadə,Yalçın Rzazadə ft. Flora Kərimova - Biz Mehriban Ailəyik

Ermeniler `Qaynana` filminin soundtrekini ogurladi

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.