Əlləri yoxdur, avtomobili saatda 170 kilometr sürətlə idarə edir

Day.Az представляет новость на азербайджанском языке

Hər iki əli yoxdu, amma VAZ-2107 markalı avtomobili saatda 170 kilometr sürətlə idarə edir. Sürət qutusunu isə ayağı ilə dəyişir. 

Day.Az xezerxeber.com-a istinadən bildirir ki, paytaxtın Qaradağ rayon sakini 25 yaşlı Elnur Zülfəliyevin sözlərinə görə, 2003-cü ildə, 6-ci sinində oxuyanda uşaqlarla oynayarkən elektrin transfarmatorunun içinə girib. Yerdə olan məftili götürmək istəyərkən elektrik cərəyanın vurması ilə o, əllərini tirib.

Əlləri olmasa da mühafizəçi işləyən Elnur Zülfəliyev maaşını toplayıb özünə avtomobil alıb. Ancaq dəfələrlə sürücülük vəsiqəsi almağa təşəbbüs etsə də polis icazə verməyib. Əlil olduğunu qəbul etməyən Elnur Zülfəliyev idarə etdiyi avtomobillə bir çox sürücüyə meydan oxuyur.

Söhbət zamanı o, avtomobilinin göstərilən maksimum sürəti ilə idarə etdiyini də dedi. Baxmayaraq ki, bu onun üçün belə vəziyyətdə olduqca təhlükəlidir.

Videonu izləmək üçün şəklə klikləyin:

Əlləri yoxdur, avtomobil idarə edir - özü də saatda 170 kilometr sürətlə

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.