Bomba sandılar, cadu çıxdı

Day.Az представляет новость на азербайджанском языке

Türkiyədə partlayıcı sanılan paketdən cadu çıxıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə İzmirdə baş verib.

Məlumata görə, reklam lövhəsi asmağa çalışan işçilər səkinin altında basdırılmış bir paket tapıblar. Onlar paketdə partlayıcı olduğunu düşünərək polisə məlumat veriblər. Hadisə yerinə cəlb olunan bomba mütəxəssisləri tərəfindən araşdırılan paketdən parçaya bükülərək maqnitə yapışmış mismar, mis məftil, qurd dişi və yazılı kağız çıxıb.

Cadu məqsədilə hazırlandığı bildirilən paket mütəxəssislər tərəfindən ərazidən uzaqlaşdırılıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.