Film ulduzu vəfat etdi

Day.Az представляет новость на азербайджанском языке

"Musiqi sədaları" (The Sound of Music) filmi ilə ulduzlaşan aktrisa Çarmina Kerr 73 yaşında dünyasını dəyişib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, ağır xəstəlikdən əziyyət çəkən keçmiş aktrisa Los Anclesdəki evində ölü tapılıb.

21 yaşında rol aldığı "Musiqi sədaları" filmi ilə məşhurlaşan Kerr, daha sonra onlarca filmdə oynayıb. Lakin, karyerası ailə qurduqdan sonra bitib.

Diş həkimi Cey Brentlə ailə qurduqdan sonra heç bir filmə çəkilməyib. Aktrisanın həkimlə evliliyindən iki uşağı var.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.