“iPhone 7”də problem aşkarlandı

Day.Az представляет новость на азербайджанском языке

Apple şirkətinin satışa yeni çıxardığı "iPhone 7"də problem ortaya çıxıb.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, telefonun uçuş rejimini aktiv edib sonra yenidən söndürdükdə internet bağlantısında problemlər yaranır.

Şirkətdən isə problemilə bağlı heç bir açıqlama verilməyib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.