Miqrantları alov bürüdü

Day.Az представляет новость на азербайджанском языке

Yunanıstanın Lesbos adasında miqrantlar üçün yaradılmış ən böyük düşərgələrdən biri olan Moriyada güclü yanğın baş verib.

Milli.Az AFP-yə istinadən bildirir ki, 4 minə yaxın miqrant diri-diri yanmaqdan qurtulmaq üçün düşərgədən qaçıb.
Güclü külək yanğını daha da şiddətləndirib. Polisdən verilən məlumata görə, düşərgəyə qəsdən od vurulması ehtimalı istisna olunmur.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.