Azərbaycanda elektron ticarətin həcmi 3% artıb

Day.Az представляет новость на азербайджанском языке

Bu il Azərbaycanda elektron ticarətin həcmi 3%-ə qədər artıb. 

lent.az-ın Dövlət Statistika Komitəsinə istinadən məlumata görə, bu ilin yanvar-avqust aylarında elektron qaydada pərakəndə ticarət şəbəkəsində 9,6 milyon manatlıq və ya 2015-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 2,6 faiz çox istehlak məhsulları satılıb. 

Elektron şəbəkə vasitəsilə qeyri-ərzaq məhsullarının satışı əvvəlki ilin yanvar-avqust aylarının səviyyəsini real ifadədə 0,9 faiz üstələyərək 9,3 milyon manata bərabər olub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.