Hansı məşhur Rəhim Rəhimlini ölkəni tərk etməyə məcbur edib?

Day.Az представляет новость на азербайджанском языке

Müğənni Rəhim Rəhimli canlı yayımda aparıcı Zaur Kamalın sualını cavabsız qoyub.

Day.Az publika.az-a istinadən bildirir ki, Z.Kamal Rəhimin illər öncə Azərbaycanı kimin tələbiylə tərk etməsinin səbəbini soruşub.
 
Bunu açıqlamaq istəməyən Rəhim verilişdən sonra ona cavab verəcəyini bildirib. Aparıcı onun qulağına nəsə pıçıldayandan sonra isə Rəhim belə deyib: "Yox, niyə ki, Faiq Ağayev?"
 
Rəhim söhbət əsnasında Faiq Ağayevlə dost olduğunu da deyib.
 
Xatırladaq ki, Rəhim Rəhimli illər öncə Azərbaycanı tərk edərək uzun müddət Türkiyədə yaşadı. Bu da müxtəlif şayiələrə yol açdı. Onun Azərbaycandan qovulduğu da deyildi. Hətta həmin ərəfədə qardaş ölkədə burun əməliyyatları keçirən Rəhimin uğursuz cərrahiyyələr nəticəsində burnunun çürüməsi ilə bağlı da şayiələr dolaşdı. Azərbaycana qayıdan Rəhim isə Türkiyəyə bizneslə məşğul olmaq üçün getdiyini açıqladı.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.