“Samsung” 4 şirkətdəki səhmlərini satdı

Day.Az представляет новость на азербайджанском языке

"Samsung" korporasiyası 4 ayrı şirkətdə malik olduğu səhmləri satdığını açıqlayıb.

lent.az-ın "Reuters"ə istinadən verdiyi məlumata görə, "Samsung" ASML şirkətində malik olduğu səhmlərin yarısına yaxınını, "Seragate" şirkətində malik olduğu 4,2%-lik səhm paketinin hamısını, "Sharp"da sahibi olduğu 0,7%-lik səhmləri və "Rambus"dakı 4,5% səhm paketini satıb.

Korporasiya satışlardan əldə olunan gəliri açıqlamayıb.

Qeyd edək ki, yeni "Galaxy Note 7" smartfonundakı qüsur "Samsung"u ziyana salıb. Şirkət satılan bütün "Note 7"ləri təhvil alaraq onları yeniləri ilə dəyişdirmək məcburiyyəti qarşısında qalıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.