Azərbaycanlı aktrisa qəzaya düşdü

Day.Az представляет новость на азербайджанском языке

Tanınmış aktrisa, əməkdar artist Kəmalə Hüseynova dünən avtomobili ilə qəzaya düşüb. Bu haqda aktrisa Milli.Az-a açıqlama verib:

"Dünən Türkiyə səfirliyinin yanında avtomobilimdə oturmuşdum. Böyük bir yük maşını sağ tərəfdən böyük sürətlə avtomobilimi əzdi. Bilmirəm, fikri nə idi? Heç nə anlamadım. Maşınımın hər tərəfi çilik-çilik oldu. Özümü silkələdim, başım sükana dəydi. Amma böyük xəsarət almamışam. Maşın hal-hazırda servisdədir".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.