Ərinin qətlini sifariş verdi, İnstagram ulduzuna döndü

Day.Az представляет новость на азербайджанском языке

Moskva sakini, ərinin qətlini sifariş vermiş Yelena Sanjarovskaya məşhur fitnes-bloqer, İnstagram ulduzuna çevrilib.

Milli.Az ANT-yə istinadən bildirir ki, 52 yaşlı Y.Sanjarovskaya fərdi fitnes məşqləri və pəhriz proqramlarının yer aldığı sayt yaradıb. Sosial şəbəkələrdə isə o, fitnes zalındakı məşqlərinin videolarını paylaşır.
Onun İnstagram-dakı profilinin daimi təqibçilərinin sayı isə 366 mini keçib.

İ.Sanjarovskayanın dediyinə görə, o, son bir ildə fəaliyyəti sayəsində qazandığı pullarla Moskvanın məşhur səmtlərindən birində üçotaqlı lüks mənzil alıb.

Moskvada bir neçə fitnes-klubu olan Y.Sanjarovskaya 2008-ci ildə əri Alekseyi qətlə yetirmək üçün killer tutmuşdu. Səbəb Moskvanın Mir prospektindəki 4 mənzil üstündə ərlə arvad arasındakı dava idi. Mənzillərin ikisi Alekseyin, biri oğlu Nikitanın, biri də Yelena Sanjarovskayanın adına qeydiyyatda idi.

Ərindən boşanandan sonra Yelena özünün və oğlunun mənzilini artıq sabiq ərinə satsa da, sonradan peşman olmuşdu.
Belədə o, killer tutaraq ərini öldürtmək qərarına gəlib. Ləkin killer bu barədə polisə xəbər verib. Məhkəmə Y.Sanjarovskayanı anlaqsız saymış, klinikaya müalicəyə yollamışdı. Bir qədər sonra Yelenanın oğlu Nikita xaricdə kurortlardan birində ayağını sındırmış və ağrıkəsici inyeksiyasından komaya düşərək ölmüşdü.

Oğlunun ölümündən sonra bir il evdən eşiyə çıxmayan Y.Sanjarovskaya depressiyadan qurtularaq yenidən fəaliyyətini bərpa edib. O, fitnes-klublarını bağlayaraq onlayn layihələrə üstünlük verib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.