ABŞ-da təyyarə qəzası:

Day.Az представляет новость на азербайджанском языке

ABŞ-ın Viskonsin ştatında yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər ölüb.

Day.Az Report-a istinadən xəbər verir ki, "Peninsula State Park" adlı parkın üzəri ilə uçan təyyarə gözlənilmədən radarlardan itib.

Məlumata görə, hadisə nəticəsində ölənlər - 69 yaşlı Ralf Keller 16 yaşlı Oliviya Dal adlı qıza təyyarəni idarə etməklə bağlı təlim keçirmiş.

Xəbərdə bildirilib ki, qızı təlimə aparan 69 yaşlı kişi könüllü imiş.
Hadisənin baş vermə səbəbləri araşdırlır. Təyyarənin qırıntıları və ölənlərin meyitləri axtarış nəticəsində tapılıb. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.