Tanınmış aparıcı ARB TV-də

Day.Az представляет новость на азербайджанском языке

Aparıcının yeni layihəsinin adı və efir vaxtı bilindi. 

Milli.Az bildirir ki, tanınmış aparıcı Rahil Sayadoğlu ARB TV-də yeni verilişə başlayır. O, "Pəncərə" adlı verilişə aparıcılıq edəcək. Veriliş həftədə 2 dəfə - şənbə və bazar günləri efirə gedəcək. Layihə sosial şəbəkələrlə bağlı olacaq.

Bu barədə, Rahil Sayadoğlu özü ARB TV-də yayımlanan "Günün ardınca" verilişinə eksklüziv açıqlamalar verib: "Həftənin şənbə və bazar günləri hər kəsin gözü bizim "Pəncərə"mizdə olsun. El dilində desək, pəncərəni açıb, xalqın yazdıqlarını xalqa göstərəcəyik. Çox maraqlı, yeniliklərlə bol bir layihə ilə gəlirik".  

Videonu izləmək üçün şəklə klikləyin:

ANS-in keçmiş aparıcısı ARB TV-də -

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.