"İçerde", "Paramparça", "Kırgın çiçekler"

Day.Az представляет новость на азербайджанском языке

Dünən Türkiyə telekanallarında yeni mövsümün ən rəqabətli günlərindən biri olub.

Day.Az axşam.az-a istinadən bildirir ki, "Paramparça" və "Kırgın çiçekler" kimi ötən mövsümün reytinqli seriallarından başqa iki yeni iddialı serial - "İçerde" və "Babam ve ailesi" də start götürüb.

Çağatay Ulusoy və Aras Bulut İynemlinin baş rollarında çəkildiyi "İçerde" reytinqlərdə gözlənilən nəticəni əldə edərək günün ikincisi olub. O, sadəcə "Kırgın çiçekler"i irəli buraxaraq "Paramparça" da daxil olmaqla günün bütün serial və proqramlarını geridə qoyub.

Qeyd edək ki, sosial mediada da "İçerde" serialı son illərin ən maraqlı serialı kimi xarakterizə edilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.