Xınalıq "ağardı"

Day.Az представляет новость на азербайджанском языке

Sentyabrın 24-də Quba rayonunun Xınalıq kəndinə ilk qar yağıb.

Bu barədə AZƏRTAC-ın müxbirinə Xınalıq kənd sakinləri məlumat verib. Qısa müddətdə yağan qar yeri nazik ağ örpəyə bürüyüb. Qardan sonra kəndə qısamüddətli dolu yağıb.

Qeyd edək ki, Xınalıq kəndi dəniz səviyyəsindən 2 min 350 metr yüksəklikdə yerləşir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.