“Shacman”la toqquşan “VAZ”-ın sürücüsü xəstəxalanıq oldu

Day.Az представляет новость на азербайджанском языке.

Göyçay rayonunda bir nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. Hadisə Göyçay-Ucar avtomobil yolunda qeydə alınıb. Göyçayın Hacalıkənd kənd sakini, 1989-cu il təvəllüdlü Hüseynov Elçin Əfqan oğlu idarə etdiyi "VAZ 2106" markalı minik avtomobili qarşı tərəfdən gələn "Shacman" markalı yük avtomobili ilə toqquşub. Hadisə zamanı minik avtomobilinin sürücüsü Elçin Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.    

APA

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.