İmişlidə ağır qəza: "Mersedes" dərəyə aşdı

Day.Az представляет новость на азербайджанском языке.

İmişlidə sürücünün xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Report-un məlumatına görə, hadisə ötən gün axşam saatlarında rayonun Bəcirəvan kəndi ərazisində qeydə alınıb.
İmişlinin Qaravəlli kənd sakini, 36 yaşlı Yəhya Babək oğlu Əhmədov idarə etdiyi "Mersedes" markalı avtomobillə hərəkətdə olarkən qarşıda gedən maşına çırpılıb. Nəticədə "Mersedes" yoldan çıxaraq dərəyə yuvarlanıb. Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan Yəhya Əhmədov İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı İmişli rayon Polis şöbəsində araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.