Rəhmətə getmiş şəxsi dəfn etməyə aparanda molla nə oxuyur?

Day.Az представляет новость на азербайджанском языке

Rəhmətə getmiş şəxsi dəfn etməyə aparanda molla nə oxuyur? Adamlar hamısı birlikdə nə deyirlər?

Day.Az islam.az-a istinadən bildirir ki, adət ənənəyə görə, cənazəni çiyində aparanda molla qabaqda gedərək Qurandan Rəhman surəsini uca səslə oxuyur. Bu surədə bir ayə dəfələrlə təkrar edilir: "Fəbieyyi alai rəbbiküma tükəzziban". Tərc.: "Rəbbinizin hansı iki nemətini yalan sayırsınız?" Hər dəfə bu ayədən sonra cənazəni müşayiət edənlər bir səslə bu cümləni deyirlər: "La bi-şeyin min alai rəbbina nükəzzibü fələkəl-həmd". Tərc.: "Biz Rəbbimizin heç bir nemətini yalan saymırıq, Sənə həmd olsun".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.