Bu meyvəni narla səhv sala bilərsiniz

Day.Az представляет новость на азербайджанском языке

Lənkəran sakini həyətində tropik bitki sayılanquava meyvəsi əkib becərib. Vətəni Cənubi Amerika hesab edilsə də, rayon sakini onu yerli iqlimdə yetişdirə bilib. Xaricdən gətirdiyi bir ağacı çoxaldaraq artıran təssərrüfat sahibi indi ağacların hərəsindən 35-40 kiloqram məhsul əldə edir.

Day.Az xezerxeber.com-a istinadən bildirir ki, nara bənzəyən bu meyvə sarı və qırmızı rəngdə olur. Vətəni Cənubi Amerika hesab edilsə də qeyri adi meyvə Lənkəranda  yetişdirilib.

Söhbət, tropik bitki sayılan quava meyvəsindən gedir. Lənkəran sakini Ələddin Hüseynov xaricdən gətirdiyi bir ağacı yerli qilimə uyğunlaşdıraraq onu əkib becərə bilib.

Bir ağacı çoxaldaraq artıran təssərrüfat sahibi indi ağacların hərəsindən 35-40 kiloqram məhsul əldə edir. Tərkibində portağaldan 4 dəfə çox vitamini olan quava meyvəsinin orqanizmi infeksion xəstəliklərdən müdafiə edir.

Elə bu səbəbdən də sözügedən bitkiyə son dövrlər həm meyvəsinə görə, həm də dekorativ ağac kimi təlabat artıb.

Təsərrüfat sahibi deyir ki, o ağacdan almaq üçün qonşu rayonlardan belə gələnlər var.

Qeyd edək ki, çox tez məhsul verməyə başlayan quava bitkisi may ayında çiçəkləyir və meyvələr mərhələlərlə yetişərək sentyabrdan- noyabra qədər dərilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.