İki təyyarə toqquşub,

Day.Az представляет новость на азербайджанском языке

ABŞ-ın Nyu-York ştatında iki yüngül mühərrikli təyyarə toqquşub.

Day.Az "Report"a istinadən bildirir ki, bu barədə "TASS" agentliyi Eri dairəsinin şefinə istinadən xəbər yayıb.
Məlumatda bildirilir ki, hadisə yerli vaxtla saat 09:45-də, Nort-Kollins yaşayış məntəqəsinin səmasında baş verib. "Cessna 140" və "Piper Cherokee" təyyarələrinin havada üz-üzə gələrək toqquşması nəticəsində pilotların 3-ü də həlak olub.
Pilotların 15 ildir müntəzəm uçuşda olduğu bildirilir. Hamburq aerodromunun rəis müavini Larri Uolş qəzanın səma üzrə "boş sahədə" diqqətsizlik üzündən baş verdiyini deyib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.