Bakıda iki avtomobil toqquşdu, Mercedes alışdı

Day.Az представляет новость на азербайджанском языке

Bakıda yol qəzası baş verib.

Day.Az Fövqəladə Hallar Nazrliyinin saytına istinadən verdiyi məlumata görə, Bakının  Sabunçu rayonunda vətəndaşlara məxsus VAZ markalı minik avtomobili ilə Mercedes markalı minik avtomobilinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
Yanğın nəticəsində Mercedes markalı minik avtomobilinin salonu və mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi və digər avtomobil yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.