Bakıda yanğın

Day.Az представляет новость на азербайджанском языке

Bakı şəhəri, Xəzər rayonunda ümumi sahəsi 30 m2 olan kafenin yanar konstruksiyaları, ona bitişik ümumi sahəsi 12 m2 olan taxta konstruksiyadan ibarət yardımçı tikilinin yanar konstruksiyaları və bitişik ümumi sahəsi 120 m2 olan ərzaq mağazasının dam örtüyünün yanar konstruksiyası 0,5 m2 sahədə yanıb.

Day.Az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, yüksək temperaturdan mağazasının lambirdən ibarət divar üzlüyü 0,5 m2 ərimişdir. Kafe, ərzaq mağazasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın saat 04:07-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.