Azərbaycanda 119 yaşlı nənə referendumda səs verdi

Day.Az представляет новость на азербайджанском языке

125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin əhatə edən 54 seçki məntəqəsində referendumla bağlı səsvermədə əhali mütəşəkkil şəkildə iştirak edir.

AZƏRTAC xəbər verir ki, məntəqələrin hamısı bütün zəruri texniki avadanlıqla təchiz edilib, referendumun azad, demokratik və şəffaf keçirilməsi üçün hər cür şərait yaradılıb. Dairə seçki komissiyasında 51535 nəfər qeydiyyata alınıb.

Məntəqələrdə müşahidəçilər səsvermə prosesinin gedişini izləyirlər. Xarici və yerli kütləvi informasiya vasitələri səsvermənin işıqlandırılmasında iştirak edirlər.

Səs verənlər arasında 119 yaşlı Süsənbər Xanməmmədova da var.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.