Hacıqabulda 9 seçicinin 100-dən çox yaşı var
Day.Az представляет новость на азербайджанском языке
Hacıqabulda referendumda iştirak edən 9 seçicinin 100-dən çox yaşı var.
APA-nın məlumatına görə, 58 saylı Hacıqabul-Kürdəmir Dairə Seçki Komissiyasını (DSK) əhatə edən məntəqələrdə seçici aktivliyi müşahidə edilib. 49 məntəqədə keçirilən referendumda səsvermə siyahısı üzrə seçicilərin sayı 44343 nəfərdir. DSK üzrə 9 seçicinin 100-dən çox yaşı var. 80-100 yaşlı seçicilərin sayı 786 nəfərdir. Ən yaşlı seçici - Pullu Rəcəbovanın 114 yaşı var. 18 yaşına çatmış 703 seçici ilk dəfə səs verəcək.
Eyni zamanda Daxili Qoşunların Hacıqabulda yerləşən hərbi hissənin zabit və əsgər heyəti də səsvermədə iştirak edir.
8 məntəqədə referendumu "online" rejimdə izləmək üçün vebkameralar quraşdırılıb.
Bir neçə məntəqədə Fransanın "OpinionWay" Sosioloji Tədqiqatlar İnstitutu ilə birgə "Vətəndaş Cəmiyyəti Uğrunda" Müstəqil Məsləhət və Yardım Mərkəzi və "ELS" Müstəqil Araşdırmalar Mərkəzi "exit-poll" keçirir.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре