Azərbaycanın Rusiyadakı səfirliyində referendumla bağlı səsvermə başlayıb

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyinin binasında ümumxalq səsverməsi (referendum) ilə əlaqədar səsvermə başlayıb. Rusiya ərazisində yaşayan və ya müvəqqəti bu ölkədə olan Azərbaycan vətəndaşları səsvermədə iştirak edəcəklər.

Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri, məntəqə seçki komissiyasının sədri Ağalar Atamoğlanov AZƏRTAC-a bildirib ki, Moskvada 17 saylı Yasamal üçünçu seçki dairəsinin 48 nömrəli seçki məntəqəsində 1500 Azərbaycan vətəndaşı qeydiyyata alınıb. Səhər saatlarından artıq seçici fəallığı hiss olunur. Səfirlikdə referendumun keçirilməsi üzrə seçki komissiyası yaradılıb və ümumxalq səsverməsinin yüksək səviyyədə təşkili üçün lazımi tədbirlər həyata görülüb. Səsvermə Moskva vaxtı ilə saat 8-dən 19-dək davam edəcək.

Rusiya ərazisində Sankt-Peterburqda və Yekaterinburqda da seçki məntəqələri açılıb. Sankt-Peterburqda 956, Yekaterinburqda isə 200 seçici qeydiyyatdan keçib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.