Lənkəranın 111 yaşlı sakini səsvermədə iştirak edib

Day.Az представляет новость на азербайджанском языке

Lənkəran rayonunun 111 yaşlı sakini səsvermə hüququndan istifadə edib.

Day.Az report-a istindən bildirir ki, rayonun Boladi kənd sakini Şabikə Fərhad qızı Axundova 75 saylı Lənkəran-Masallı Dairə Seçki Komissiyasının 28 saylı məntəqəsində qeydiyyatdadır. 

Ş.Axundovanın  səsvermədə iştirakını təmin etmək məqsədilə məntəqədən daşınan qutu onun yaşadığı ünvana gətirilib.

Bütün səsvermələrdə iştirak etdiyini deyən Ş.Axundova Konstitusiyaya ediləcək dəyişikliklərin xalqımıza xeyirli olmasından ötrü dualar edib. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.