100 yaşlı seçici: "Ən böyük arzum növbəti seçkilərdə..."

Day.Az представляет новость на азербайджанском языке

Ağdam rayonunun ən yaşlı seçicilərindən olan Muğanlı kəndindən məcburi köçkün 100 yaşlı Şəkər Əhmədova ümumxalq səsverməsində iştirak edib.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, dəfələrlə prezident, parlament və bələdiyyə seçkilərində iştirak edən Şəkər nənə ümumxalq səsverməsində də konstitusion hüququndan istifadə edib. O, yaşının çox olmasına baxmayaraq, məskunlaşdığı Səfərli qəsəbəsindəki 41 saylı seçki məntəqəsinə gələrək səs verib.

1916-cı il təvəllüdlü Şəkər Əhmədova bildirib ki, 6 övladı, 15 nəvəsi, 25 nəticəsi var. Ən böyük arzusu isə növbəti seçkilərdə doğma kəndi olan Muğanlıda səs verməkdir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.