Əlil seçicilərin səsvermədə rahatlığını təmin etmək üçün məntəqədə panduslar quraşdırılıb

Day.Az представляет новость на азербайджанском языке

59 saylı Salyan seçki dairəsinin əhatə etdiyi məntəqələrdə səsvermə prosesi yüksək fəallıqla davam edir. Havanın yağmurlu keçməsinə baxmayaraq, seçicilər davamlı şəkildə gələrək Konstitusiyaya təklif olunan dəyişikliklərə öz münasibətlərini bildirirlər.

Dairə seçki komissiyasının əhatəsində olan 5 nömrəli şəhər seçki məntəqəsində də seçici fəallığı müşahidə olunur. Məntəqə seçki komissiyasının sədri Rafiq Səmədov AZƏRTAC-a bildirib ki, məntəqədə 1348 seçicinin adı siyahıya daxil edilib. Onlardan 9 nəfəri ilk dəfə səsvermə hüququ qazanan gənclərdir. Məntəqədə səsvermənin gedişi veb-kamera vasitəsilə online rejimdə izlənilir. Əlil seçicilərin səsvermədə rahatlığını təmin etmək üçün məntəqədə panduslar quraşdırılıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.