Rusiyalı müşahidəçi: "Referendumda respublika rəhbərliyi əhəmiyyətli etimad rəyi alacaq"

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycanda referendumda seçki məntəqələrində müşahidə edilən seşki fəallığı nəzərə alınmaqla respublika rəhbərliyi əhəmiyyətli etimad rəyi alacaq.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Rusiya Federasiya Şurasının Konstitusiya qanunvericiliyi komitəsinin sədri Andrey Klişas deyib.

Onun sözlərinə görə, yeni konstitusiya ictmai rəyi təsdiq edən tutarlı akt olacaq.

Qeyd edək ki, Azərbaycanda ölkə Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi (referendum) keçirilir. Referendum saat 08:00-da başlayıb və səsvermə saat 19:00-da başa çatıb.

Referendumu izləmək üçün 117 beynəlxalq müşahidəçi Mərkəzi Seçki Komissiyasında akkreditasiyadan keçib. Onlar təxminən 35 ölkənin, Avropa Şurası Parlament Assambleyası da daxil olmaqla, müxtəlif beynəlxalq təşkilatların nümayəndələri, parlamentarilərdir. Ümumilikdə müşahidəçilərin sayı 53 minə yaxındır.

Seçki məntəqələrində proseslərin bütünlüklə izlənilməsi məqsədilə bütün ölkə coğrafiyasını əhatə edən 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində (təqribən 20%) veb-kamera quraşdırılıb. Seçkilərdə 5600-dən artıq seçki məntəqəsi var. Hər seçki məntəqəsinə 10-a yaxın müşahidəçi düşür.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.