Apteklərdə aldadılan alıcılar hara müraciət etməlidirlər?

Day.Az представляет новость на азербайджанском языке

Dövlət apteklərdə bir çox dərman qiymətlərini təsdiqləsə də, bəzi hallarda alıcılar aldanır. Apteklərdə eyni adlı dərmanlar fərqli qiymətlərə satılır. Bəzi dərman vasitələrini isə apteklərdə tapmaq olmur. Belə halların qarşısını almaq üçün alıcılar müraciət etdikləri apteklərdən mütləq qəbz tələb etməlidirlər.

Day.Az ARB TV-yə istinadən xəbər verir ki, ekspert Hilal Əhmədov Azad İstehlakçılar Birliyinə bu cür müraciətlərin çox olduğunu bildirir. Müraciət əsasında məsələ araşdırılaraq öz həllini tapır. İstehlakçı hüquqlarını pozan aptek sahibləri qanunla nəzərdə tutulan qaydada cəzalandırılır.

Dərmanların təsdiqlənən vahid qiymətləri haqqında internet üzərindən də məlumat əldə edə bilərik. Bunun üçün PHARMA.AZ  saytına daxil olmaq kifayətdir. Burada dərmanların həm topdan, həm də pərakəndə satış qiymətləri öz əksini tapır. 

Tarif Şurası və Səhiyyə Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində Azərbaycanda dərmanların qiyməti 2-3 dəfə enib. Ümumilikdə isə ölkəmizdə dərmanların 90 faizinin qiyməti düşüb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Apteklərdə aldadılan alıcılar hara müraciət etməlidir?