"Bizim demokratik seçkilər və referendum keçirmək sahəsində böyük təcrübəmiz var"

Day.Az представляет новость на азербайджанском языке

Sentyabrın 26-da Azərbaycanda keçirilən ümumxalq səsverməsi bir daha ölkədəki demokratik ab-havanın, insanların fəallığının hansı səviyyədə olduğunu göstərdi.

Bunu Milli.Az-a açıqılamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Nizami Cəfərov deyib.

Millət vəkilinin sözlərinə görə, referendum ən yüksək səviyyədə təşkil olunub və əhali fəallıq nümayiş etdirib: "Azərbaycanda Konstitusiyaya dəyişikliklərlə bağlı referendumun yüksək səviyyədə keçdiyini həm yerli, həm də ölkəmizə gələn beynəlxalq müşahidəçilər qeyd ediblər. Amma bu, bizim üçün yenilik deyil. Çünki bizim demokratik seçkilər və referendum keçirmək sahəsində böyük təcrübəmiz var".

N.Cəfərov qeyd edib ki, Konstitusiyaya edilən dəyişikliklər ölkəmizin daha da inkişafına, gücünün, qüdrətinin artmasına, onun təhlükəsizlik sisteminin və ümumən dövlətçiliyinin möhkəmlənməsinə xidmət edəcək.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.