Məşqdən əvvəl bunları yesəz...

Day.Az представляет новость на азербайджанском языке

ABŞ-ın idman üzrə tibb cəmiyyətinin ekspertləri fiziki tapşırıqların daha effektiv olması üçün lazım olan 5 vacib qidanın adını açıqlayıb. Sirr deyil ki, bəzi ərzaq məhsulları arıqlamağa kömək edir. Ancaq məşqlərdən əvvəl və sonra müəyyən olunmuş qidalar qəbul edilsə, artıq çəkidən daha tez azad olmaq mümkündür.

Day.Az publika.az-a istinadən "Lіfehack" jurnalının təklif etdiyi 5 vacib qidanı təqdim edir:

Badam

Fındıq, xüsusilə badamın tərkibində olan zülallar, faydalı yağlar, pəhriz lifləri və karbohidratlar gücü bərpa etməyə və artıq piyləri yandırmağa kömək edir. Badamla birlikdə çoxlu su içmək də tövsiyə olunur.

Yulaf yarması və giləmeyvə

Yulaf yarması tərkibindəki karbohidratlara görə həmişə məşq ərəfəsində uyğun qida hesab olunub. Əgər ona bir az süd və giləmeyvə də əlavə etsək, onda hazırladığınız yemək zülal və xeyirli mikroelementlərlə zənginləşəcək. Bu, sizə məşqin sonunadək enerji saxlamağa imkan verəcək.

Buğda çörəyi və bir dilim aşağı kalorili pendir

Bu variant əməli-başlı qidalanmağa vaxtı olmayanlar üçün əlverişlidir. Bu cür sadə yeməyin içində zülal və karbohidratlar olur.

Proteinli kokteyl

Bu içkinin mənfi və müsbət tərəfləri var. Ancaq məşqdən sonra itirilmiş enerjini bərpa etmək, vitamin və mineral ehtiyatını artırmaq üçün bundan ideal variant yoxdur. Hələ bu kokteyli badamlı südlə qarışdırsaq, qəbul edilən qidanın faydalılığı daha da artar.

Omlet və 1 stəkan portağal şirəsi

Yumurta zülalın əsas mənbəyidir. Portağal suyunun tərkibi isə vitaminlər, minerallar və kalsiumla zəngindir. İkisi birlikdə daxildə itirilən gücü bərpa etmək üçün ideal vasitədir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.