Vücudunuzun hərarəti cihazınızı enerji ilə dolduracaq

Day.Az представляет новость на азербайджанском языке

Şimali Karolina Dövlət Universitetinin araşdırmaçılarından ibarət bir qurup alim, termoelektirik generatorunun köməkliyi ilə vücudumuzda olan enerjini istifadə edərək cihazların enerjisini doldurulmaq istəyir. Texnologiya şirkətlərinin hər gün yeni ixtiralar etməsi bir çox universitetləri də hərəkətə gətirib. Bu baxımdan cihazlarda daha təkmilləşdirilmiş bateraya enerjilərinə bir yenisi əlavə edildi. Bu isə, vücudumuzda olan temperaturun enerjiyə çevrilməsi ilə bağlıdır.

Vücudunuzun hərarəti cihazınızı enerji ilə dolduracaq

"Android Headlines"da gedən xəbərdə, Şimali Karolina Dövlət Universitetinin elektirik və kompüter mühəndisliyi, geyinilə bilən texnologiyaların bir növü kimi vücudumuzun istisindən istifadə edilən bir sıra geyimlər hazırlayırlar.

Olduqca zəif olmasına görə, insan orqanizminə də zərər vurmayan geyimlər, 20 µW/cm2 olan isti alıcılarının gücündən 20 qata qədər daha çox enerji istehsal edir.

2 mm nazikliyində olacaq geyimlər, hələlik smartfon, planşet kimi böyük cihazlara enerji təmin edəcək bir gücdə olmayacaq. Lakin 2017-ci ildən, bu sistemin də hazırlanacağı açıqlanacaq.

Bu isə, cihazın enerji problemini köklü şəkildə həll etmiş olacaq.

Deyerler.Org

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.