Burun tıxanığlığı arıqlamağa mane olur

Day.Az представляет новость на азербайджанском языке

Burun tıxandığı zaman orqanizmdəki yağların paylanması üçün böyük əhəmiyyət daşıyan oksigen kifayət miqdarda ötürülə bilmir. Bu halda da arıqlamaq çətinləşir.

Day.Az deyerler.org-a istinadən bildirir ki, nəfəs aldığımızı hiss etdikcə yaşadığımızı hiss edirik. Burun tutulması əslində bəzi xəstəliklərin xəbərçisi ola bilər. Ürək xəstəliklərindən diş əti xəstəliklərinə qədər bir çox sağlamlıq probleminə zəmin yaradır.
 
Xüsusilə qış aylarında soyuqdəymə, qrip kimi üst tənəffüs yolu infeksiyaları ilə bağlı burun tutulması daha çox görülür.
 
Kiçik yaşlarda keçirilmiş travmalar və burun bölgəsinə alınmış zərbələr burun kənarında, xüsusən də daxili hissələrində sümük və qığırdaq strukturlarında əyriliklərə səbəb olur, bu əyriliklər də anatomik quruluşu pozaraq burun tutulmasına gətirib çıxarır.
 
Burun tıxanıqlığı yuxu zamanı insanın ağzı açıq yatmasına səbəb olur və böyük yaşlarda yumşaq damağın sallanması olan insanlarda xoruldamaya səbəb ola bilər. Ən əsası isə, orqanizmin ehtiyacı olan oksigeni kifayət qədər almamasına səbəb olur.
Arıqlamağa mane olur.
 
Oksigen, bədəndəki artıq yağın metabolizmi və paylanması üçün böyük əhəmiyyət daşıyır. Orqanizmə kifayət qədər oksigen verilmədiyi zaman stress hormonu olan kortizon ifrazatı artır. Kortizon, orqanizmdə yağ əmələ gəlməsinə təkan verən bir hormondur. Bu hormon insanın arıqlamasına imkan vermir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.