Adel ikinci "brilyant albom"a yiyələndi

Day.Az представляет новость на азербайджанском языке

Britaniyalı müğənni Adelin"25" albomunun satışa çıxarılmasından bir il keçməsə də, bu albom artıq "brilyant" statusu alıb.

Milli.Az The İndependent-ə istinadən bildirir ki, bunun sayəsində Britni Spirs və Selin Diondan sonra Adel iki "brilyant albom"a malik 3-cü müğənnidir.
"25" albomunun tirajı artıq 10 milyon nüsxəni keçib.

2011-ci ildə Adel "21" albomuna görə "brilyant albom"a yiyələnmişdi.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.