Hansı orqan nə vaxt qocalmağa başlayır?

Day.Az представляет новость на азербайджанском языке

Orqanlarımız müəyyən bir yaşdan sonra funksiyalarını itirməyə başladığına görə, biz bu prosesi öyrənib ona qarşı müvafiq tədbirlər görməliyik.

Day.Az deyerler.org-a istinadən bildirir ki, qocalmanın bir anda baş verdiyi kimi görünsə də, əslində hər bir orqan öz sürətində qocalır. İndi isə, gəlin hansı orqanın neçə yaşında yaşlanmağa başladığını öyrənək: Ürək
Qəlb ən dözümlü orqanlardandır, ancaq orta hesabla 40 yaşında yaşlanma əlamətləri başlayır. Sol tərəfində yaranan qalınlaşma ürəkdə böyüməyə başlayır. Qan dövranında hər il 1% nisbətində azalma baş verir.
Qulaq
30 yaşından etibarən eşitmə itkisi normaldır. Bu prosesdə qan daşıyan damarların zəifləməsi və əsəb qulağın tez qocalmasına imkan yaradır.
Yaşla birlikdə artan qulaq çirki də eşitmədə çətinliyə səbəb ola bilər.
Beyin
30 yaşından sonra beynin kiçilməsi poblemi ortaya çıxır. Beyinə qan daşıyan damarlardakı deformasiya əlavə olunduqda öyrənmə sürəti və yaddaş zəifləməyə başlayır.
Göz
40 yaşından sonra başlayan qocalma göz bəbəyinin sərtləşməsinin səbəbidir. Bu gözün reaksiyalarını zəiflədir və görmədə problemlərə yol açır. 50 sm-dən daha yaxını görməkdə çətinliyin yaşanması başlayır. Gözdəki sinir hüceyrələrinin sayındakı azalma görmə keyfiyyətini aşağı salmağa başlayır.
Ağciyər
Ağciyərlər ən erkən qocalan orqanlardandır. 20 yaşlarında başlayan dəyişikliklər ağciyərin elastikliyini azaldır və oksigen alınmasını salır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.