Nabranda kabab çəkmək istəyən nigeriyalı səyyahı tüfənglə "vurdular"

Day.Az представляет новость на азербайджанском языке

Səyyah təhlükəli anlar yaşadı.

ARB TV-də yayımlanan "Ac Elvis" verilişinin qəhrəmanı, nigeriyalı səyyah Elvis Feliks Xaçmaz rayonuna səfər edib. 

Rayonun səfalı guşələrini gəzən turist bir neçə ailənin qonağı olub. Daha sonra adı dillər əzbəri olan Nabrana getmək qərarına gəlib. Yolüstü kabab çəkmək istəyən Elvis meşədə tonqal qalayıb. Bunu görən meşəbəyi səyyaha xəbərdarlıq atəşi açıb və o, qorxudan huşunu itirib.

Təfərrüatına 1 oktyabr saat 11:00-da ARB TV-də yayımlanan "Ac Elvis" verilişində baxa bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:

"Nabranda

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.