Maştağada aptekdə işləyən qadın "iş başında" tutuldu

Day.Az представляет новость на азербайджанском языке

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Maştağa qəsəbəsinin ərazisində qəsəbə sakini Elnarə Hüseynova satıcı işlədiyi aptekdə güclü təsiredici maddə olan 5 ədəd "Pregabalin" kapsulasını satarkən saxlanılıb. 

Milli.Az DİN-in saytına istinadən xəbər verir ki, aptekə baxış zamanı güclü təsiredici maddə olan 306 ədəd "Tramadol", 3 ədəd "Pregabalin" kapsulaları, 20 ədəd "Zapicione" həbi, 5 ədəd "Tramadol", 7 ədəd "Tramaklosidol" inyeksiyaları, psixotrop maddə olan 780 ədəd "Fenadiazepin", 2075 ədəd "Haloperidol", 150 ədəd "Depakine chrono", 60 ədəd "Respilon" həbləri, 30 ədəd "Haloperidol", 24 ədəd "Haloperidol-decanoate", 70 ədəd "Amitriptylline hydrochlorido" və 19 ədəd "Moditen depo" inyeksiyaları aşkar edilərək götürülüb. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.